EN

“Bu dəyişiklik əslində daha çox ölkədə əhali sayının artırmasının situmullaşdırlması məqsədinə xidmət edir”

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Hamiləliyə və doğuşa görə nəzərdə tutulan məzuniyyət dəyişilir. Banker.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə öz əksini tapıb. Yeni dəyişikliyə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmır. Həmçinin uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.Yeni dəyişikliklər iş bazarına və işəgötürənlərə hansı iqtisadi təsirləri yarada bilər? Atalara veriləcək 14 günlük ödənişli məzuniyyət özəl sektorda tətbiq olunacaqmı, yoxsa əsasən dövlət sektoruna aiddir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında iqtisadçı Pərviz Heydərov bildirib ki, vətəndaşların hüquqlarının bir az da genişləndirilməsi xüsusən maliyyə təminatı baxımından işəgötürənlər üçün əlbəttə müəyyən çətinliklər vəd edir: “Qeyd etdiyiniz amil əlbəttə ki, vətəndaşların hüquqlarının genişləndirilməsi onların hüquqlarının daha yüksək səviyyədə təmin olunması baxımından əhəmiyyət daşıyır. Onun işəgötürənlər üçün maliyyə tərəfindən nəzərə almasa, elə bir ciddi şəkildə yükünü artırır. Amma hər halda o işəgötürənlər üçün belə vətəndaşların hüquqlarının bir az da genişləndirilməsi xüsusən maliyyə təminatı baxımından işəgötürənlər üçün əlbəttə müəyyən çətinliklər vəd edir. Onun iş bazarı ilə bağlı və iş götürənlər üçün başqa iqtisadi təsirləri yoxdur. Əslində daha çox ölkədə əhalinin sayının artırmasının situmullaşdırlması məqsədinə xidmət edir. Məsələn, hamiləliyə və doğuşa görə atalar üçün ayrıca olaraq 14 gün ödənişli məzuniyyətin tətbiqi çox mütərəqqi bir addımdır və bu uşağa hər iki valideynlər tərəfindən qayığı göstərməsini təmin etmə baxımından vacib elementdir. O ki qaldı, dövlət sektoru və ya özəl sektora aid olması məsələsinə - Dövlət sektorunun və özəl sektorun hüquqlarını əhatə edən qanunvericilik də buna uyğun tənzimlənir”.

Pərviz Heydərov

Pərviz Heydərov vurğulayıb ki, Azərbaycan da inkişaf etdikcə və maliyyə vəziyyətimiz yaxşılaşdıqca, bu cür mütərəqqi addımların sayı artacaq: “İnkişaf etmiş ölkələrdə bu məsələ daha geniş hüquqların təmin olunması ilə xarakterizə olunur. Ümumiyyətlə, Avropa və digər inkişaf etmiş ölkələrdə yeni doğulan vətəndaşların sosial qayğı ilə təminatı dövlət tərəfindən ən yüksək səviyyədə həyata keçirilir. Mən hesab edirəm ki, Azərbaycan da inkişaf etdikcə və maliyyə vəziyyətimiz yaxşılaşdıqca, bu cür mütərəqqi addımların sayı artacaq”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
132
bizimyol.info

1Sources