EN

SSRİ-nin yenidən qurulmasına dair yayılan məlumatlara Putindən CAVAB

“SSRİ-nin reinteqrasiyası mümkün və məntiqi deyil, belə məqsədlər yoxdur”.

Paralel.az xəbər verir ki , bu barədə Rusiya Prezidenti Vladimir Putin “India Today” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qərbdə Rusiyanın guya Sovet İttifaqını bərpa etmək arzusunda olduğunu deyənlər öz əhalisini qorxutmağa çalışırlar.

Prezident əlavə edib ki, SSRİ-nin dağılmasında kimisə günahlandırmağa çalışmazı:

“Ümumilikdə günahkar sistemin özüdür və bunu qəbul etmək lazımdır”.

Chosen
95
2
paralel.az

3Sources