EN

İtaliya tennisçiləri Devis kubokunu qazandı

İtaliyanın Bolonya şəhərində keçirilən tennis üzrə Devis kubokunu meydan sahibləri qazandı.

"Football-plus.az" xəbər verir ki, onlar həlledici oyunda İspaniyaya qalib gəldi. Matteo Berrettini Pablo Karrenyo Busta, Flavio Kobolli isə Xaume Munar ilə görüşdən qalib ayrıldı. İtaliya yığması ardıcıl 3-cü dəfə Devis kubokunun qalibi oldu. Ümumiyyətlə, onlar bu turniri 4 dəfə qazanıb.

Devis kuboku cütlərin yarışı, final:

İtaliya – İspaniya 2:0
Matteo Berrettini – Pablo Karrenyo Busta 6:3, 6:4
Flavio Kobolli – Xaume Munar 1:6, 7:6 (7:5), 7:5

Chosen
69
1
football-plus.az

2Sources