EN

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Vəkillər Kollegiyasının üzvü Elçin Əhmədov hücuma məruz qalıb.

Gununsesi.info bildirir ki,  o, Xətai Rayon Məhkəməsində peşə fəaliyyətini yerinə yetirərkən vəkil kimi çıxdığı cinayət işində qarşı tərəfi təmsil edən şəxs ona hücum edib.

Hadisə nəticəsində E.Əhmədov xəsarət alıb.

Məsələ ilə bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırov açıqlama verib. O qeyd edib ki, mövzu nəzarətdə saxlanılacaq.

“Vəkilə qarşı qanunsuz hərəkətlərə yol vermiş şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması qaçılmazdır. Hörmətli vəkilimiz Elçin Əhmədovla danışdım, hadisənin təfərrüatları barədə ətraflı məlumat aldım. Hazırda məsələ Daxili İşlər Nazirliyi tərəfindən araşdırılır”, – deyə o vurğulayıb. 

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
143
icma.az

1Sources