EN

Ukrayna Rusiyanın kimya kombinatını vurdu

Tribuna.az  xəbər verir ki, dekabrın 4-nə keçən gecə Ukrayna dronları Nevinnomıssk ərazisindəki hədəflərə zərbələr endirib. Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov dağıntı və tələfatın olmadığını, hadisə yerində fövqəladə xidmət idarələrinin əməkdaşların işlədiklərini bildirib.
Ukraynanın “Exilenova+” monitorinq kanalının məlumatına görə, “Yevroxim” şirkətinə məxsus “Nevınnomısskiy Azot” kimya kombinatı vurulub. Zavoda bundan əvvəl də iki dəfə – 14 iyun və 25 iyul tarixlərində hücumlar edilib. Həmin hücumlardan sonra istehsalat müvəqqəti olaraq dayandırlmışdı.

Chosen
7
2
tribunainfo.az

3Sources