EN

İctimai Televiziyada yeni serialın çəkilişləri davam edir

İctimai Televiziyada 2026-cı ildə tamaşaçılara təqdim olunacaq yeni çoxseriyalı kriminal dram “Mikrorayon” serialının çəkilişləri davam edir.

Herbiand.az xəbər verir ki, 12 bölümlük ekran işinin hər seriyası 50 dəqiqə olacaq.

Layihənin baş prodüseri Sevinc Əliyeva, quruluşçu rejissoru Qulu Əsgərov, ssenari müəllifi isə Gəray Həsəndir. Serialın vizual həllinə quruluşçu operator Vasif Vəlizadə, dekorasiya və ümumi sənət həllinə isə quruluşçu rəssam Vüqar Qurbanov cavabdehdir.

Beş uşaqlıq dostunun kriminal aləmdə bir-birindən fərqli taleyini izləyən serialda bir çox tanınmış simalar rol alıb. Aktyor heyətinə Eltəkin Xan, Ulvi Həşim, Orxan İskəndərli, Elşən Əskərov, Qüdrət Fətulla, Məsmə Aslanqızı, Elşən Rüstəmov, Təranə Ocaqverdiyeva, Oktay Mehtiyev, Natəvan Qeybani, Zülfiyyə Qurbanova, Şövqi Hüseynov, Zemfira Əbdülsəmədova, Abbas Qəhrəman, Fidan Bayram və digər aktyorlar daxildir.

Chosen
54
1
herbiand.az

2Sources