EN

Vəfat etmiş şəxsin kredit borcu kim tərəfindən ödənilir? Hüquqşünas açıqladı

Həyatın qəfil dəyişikliklərindən biri də sevdiyimiz insanların itkisidir. Belə anlarda yalnız duyğusal itki deyil, həm də maliyyə məsələləri diqqət çəkir. İnsanların borcları və maliyyə öhdəlikləri vəfat etdikdən sonra bəzən yaxınlarının üzərinə gəlir. Bu, həm ailə üzvləri, həm də yaxın çevrə üçün əlavə planlama tələb edir. Belə vəziyyətlərdə hər kəs üçün bir sıra suallar yaranır. Ölən şəxsin kredit borclarını kim ödəyir? 

Mövzu ilə bağlı Missiya.Az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, vəfat etmiş şəxsin kredit borcu və digər öhdəlikləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən, yalnız miras əmlakı mövcud olduqda və həmin miras qəbul edildikdə, varislər tərəfindən ödənilməlidir:

"Eyni zamanda, vəfat etmiş şəxsin zaminləri və girov təminatı varsa, girov kimi təqdim edilmiş əmlak onun kredit öhdəliklərinin icrası məqsədilə istifadə oluna bilər".

Seyranə Quliyeva

Missiya.Az

Chosen
65
missiya.az

1Sources