Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulur.
Fanat.Az xəbər verir ki, bu gün son üç 1/4 finalçı müəyyənləşəcək.
Günün ilk oyununda "Qəbələ" I Iiqanın lideri "Şəfa"nı qəbul edəcək.
"Kəpəz" Mərdəkanda "Araz-Naxçıvan"ın qonağı olacaq. "Difai" isə "Sumqayıt"la üz-üzə gələcək.
Qeyd edək ki, "Turan Tovuz", "Zirə", "Sabah", "Şamaxı" və "Qarabağ" artıq 1/4 finala vəsiqəni rəsmiləşdiriblər.
Bizon Azərbaycan Kuboku
1/8 final
4 dekabr
"Qəbələ" – "Şəfa" 1:1 (1-ci hissə)
Qollar: İbrahim Sanqare, 2 - Emin Zamanov, 6.
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Qəbələ. Şəhər stadionu.
“Qəbələ”: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 12. İbrahim Sanqare, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoah, 14. Domi Massumo, 30. Prins Ovusu.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 74. Süleyman Damadayev, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 50. Adriel Ba Loua.
Baş məşqçi: Kaxaber Tsxadadze.
“Şəfa”: 13. Əli Həsənli, 33. Tərlan Quliyev (k), 8. Urfan İsmayılov, 42. Elnur Cəfərov, 14. Vüqar Həsənov, 10. Emin Zamanov, 6. Xəyal Tomarov, 27. Pərviz Azadov, 17. İsmayıl Zülfüqarlı, 83. Nihad Quliyev, 23. Nahid Əliyev.
Ehtiyat oyunçular: 95. Rəvan Kazımov, 21. Novruz Məmmədov, 88. Aqşin Paşayev, 9. Amil Yunanov, 70. Ruslan Hacıyev, 80. Zahid Mərdanov, 2. Seymur Rəhimov, 18. Elvin İsmayılov, 22. Hüseyn Mürsəlov, 29. Ramin Nəsirli, 19. İsmayıl Rzayev, 99. Amir Ebrahimzade.
Baş məşqçi: Elgiz Kərəmli.
19:00. "Araz-Naxçıvan" – "Kəpəz"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Elçin Məsiyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Mərdəkan. "Liv Bona Dea Arena".
19:00. "Difai" – "Sumqayıt"
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.