EN

Junonyonun transferi üçün “Qarabağ”a yeni rəqib

“Qarabağ”ın sabiq hücumçusu, hazırda “Flamenqo”da çıxış edən Juninyo ölkəsi Braziliyada bir klubun maraq dairəsinə düşüb.

Msport.az xəbər verir ki, Juninyo A seriyası təmsilçisi “Bahia”nın 2026-cı il üçün transfer hədəfləri arasına daxil olub.

Bildirilir ki, klub 29 yaşlı forvardın transfer şərtlərini öyrənib və mövsümün sonunda rəsmi addım atmağı düşünür. Bununla belə, “Bahia” hələ ki, “Flamenqo” ilə danışıqlara başlamayıb. Klub yeni “9 nömrə” üçün bazarda başqa alternativləri də dəyərləndirir.

“Qarabağ” da sabiq hücumçusunu icarə qaydasında geri qaytarmaq istəyir. Lakin “Flamenqo” hələlik onların bu istəyinə cavab verməyib.

Qeyd edək ki, bu ilin əvvəlində “Qarabağ”dan “Flamenqo”ya transfer olunan Juninyo bir çox oyunda iştirak etməyib. O, son günlərdə Filipe Luisin komandasında yenidən şans qazanıb və Libertadores kubokunun finalında da bir neçə dəqiqə meydanda olub. Buna baxmayaraq, braziliyalının yeni mövsümdə “Flamenqo”da qalıb-qalmayacağı hələlik bəlli deyil. Tərəflər yaxın həftələrdə futbolçunun gələcəyini müzakirə etmək üçün görüşəcək.

Chosen
50
4
msport.az

5Sources