EN

Uşaqları onlayn platformalarda təhlükə və risklərdən necə qoruya bilərik? - ARAŞDIRMA

Bakı. Trend:

Müasir dövrdə onlayn oyunlar və sosial media uşaqların həyatınınayrılmaz hissəsinə çevrilib. Texnologiya tərəqqi gətirdiyi kimi,müəyyən riskləri də özü ilə birlikdə gətirir. Təəssüf ki, bəziuşaqlar bu risklərin fərqinə varmadan təhlükəli oyunların vəzərərli kontentin qurbanına çevrilir. Bu gün vacib bir suallaqarşı-qarşıyayıq: Uşaqları onlayn təhlükələrdən necə qoruyaq?

Bu prosesdə rəsmi qurumların, valideynlərin vəməktəblərin üzərinə hansı məsuliyyətlər düşür?

Mövzu ilə bağlı Trend-ə Elm və Təhsil Nazirliyindən verilən açıqlamadaqeyd olunub ki, son illərdə yenilənən və ya təkmilləşdirilən ümumitəhsil fənləri üzrə təhsil proqramlarında (kurikulumlarda)informasiya təhlükəsizliyi, kiberqısnama və s. məsələlərə daha çoxyer ayrılır:

“Bu çərçivədə şagirdlərə, həmçinin media manipulyasiyası,dezinformasiya, kiberqısnamanın mənfi tərəfləri ilə effektivmübarizə yolları öyrədilir. Xüsusilə yeni hazırlanmış həyat bilgisifənni üzrə təhsil proqramında (kurikulumda) “Sağlamlıq vətəhlükəsizlik” məzmun xətti üzrə altstandartlarda elektroncihazların insan həyatında əhəmiyyəti və zərərləri izah olunur.Həmçinin yeni təkmilləşdirilmiş informatika fənni üzrə təhsilproqramında (kurikulumda) müəyyənləşdirilmiş məzmun xətlərivasitəsilə təhsilalanlarda sosial şəbəkələrdə yerləşdiriləninformasiyanın pisniyyətli şəxslər tərəfindən tapılıb istifadəolunmasının mümkünlüyü, ünsiyyət vasitələrindən istifadə edərkənşəxsi və ya həssas məlumatların yersiz olaraq açıqlanmamasınınvacibliyi vurğulanır”.

Bu, təkcə məktəbin, müəllimin işi yox, cəmiyyətin hərbir üzvünün qayğısı və məsuliyyəti olmalıdır

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, internetresurslarında istənilən yalanın həqiqət formasında təbliğatınınazyaşlıları naməlum şifrəli, təhlükəli “əmr”lərin icraçısınaçevirməsi ehtimalı var.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumuİsrəfillinin sözlərinə görə, DİN tərəfindən respublikanın ali vəorta təhsil məktəblərində tələbələrin, şagirdlərin güclü iradəyəsahib olub zərərli vərdişlərdən çəkindirilməsi, təhsilə təşviqedilməsi istiqamətində mütəmadi olaraq kompleks işlər aparılır:

“Valideynlərə tövsiyə edirik ki, övladlarının internetdəmaraqlandıqları şəbəkə oyunlarına diqqətlə yanaşsınlar, onlarınhansısa ictimai təhlükəli əməllərə sövq edilmə riski var. İnternettəkcə faydalı informasiya aləti deyil, həm də kiber təhlükə, riskvə təhdidlərin mövcud olduğu qlobal məkandır. İnternetresurslarında istənilən yalanın həqiqət formasında təbliğatınınazyaşlıları naməlum şifrəli, təhlükəli “əmr”lərin icraçısınaçevirməsi ehtimalı var. Heç bir valideyn düşünməsin ki, “mənimövladım bunu etməz”. Uşaqlara nəzarət dövrün əsas qaydası yox,tələbidir. Bu, təkcə məktəbin, müəllimin işi yox, cəmiyyətin hərbir üzvünün qayğısı və məsuliyyəti olmalıdır”.

İKT mütəxəssisi Fərid Pərdəşünas mövzu ilə bağlı bildirib ki,uşaqların internetdən istifadəsi qlobal miqyasda beynəlxalqictimaiyyəti ciddi narahat edən məsələlərdən biridir:

“İnternet bir tərəfdən rahat, əlçatan və çoxşaxəli imkanlaryaratsa da, digər tərəfdən xüsusilə həssas qruplar, ilk növbədəuşaqlar üçün real təhlükə mənbəyinə çevrilib.

Nümunə olaraq qeyd etmək olar ki, son dövrlərdə Avstraliyahökuməti bu məsələyə xüsusi diqqət ayıraraq bütün sosial mediaplatformalarında yaş həddinin 16-ya qaldırılmasını tələb edib.Tətbiq olunan bu qərara əsasən, artıq 16 yaşdan aşağı uşaqlarınsosial şəbəkə hesablarının silinməsi və platformalara girişininməhdudlaşdırılması nəzərdə tutulur.

Valideynlərin çoxu platformlara nəzarət tətbiqlərinintexniki imkanları barədə məlumatlı deyil

Çünki sosial platformalarda uşaqları çoxsaylı təhlükələrgözləyir. İnternetin müsbət və mənfi tərəfləri ilə bağlı kifayətqədər məlumatlı olmadıqları üçün onlar asanlıqla risklərləqarşılaşa bilərlər. Belə ki, uşaqlar narkotik vasitələrinistifadəsinə və satışına cəlb oluna, müxtəlif manipulyativtəsirlərin qurbanına çevrilə bilər, şəxsi məlumatları oğurlanabilər. Eyni zamanda, kənar şəxslər onların sosial mühitinə daxilolaraq aldadıcı və şirnikləndirici informasiyalarla onlardansui-istifadə edə bilərlər. Müxtəlif oyunlar vasitəsilə psixolojiyönləndirmələr aparılması da mümkündür. Uşaqların saf və sadəlövhpsixologiyası təhlükəni vaxtında dərk etməyə imkan vermədiyindən,onlar manipulyativ təsirlərə daha tez məruz qalırlar.

Beynəlxalq təcrübədə bu cür risklərin qarşısını almaq üçün birneçə əsas mexanizm mövcuddur. Bunlardan ən önəmlisi valideyn–uşaqarasında psixoloji bağın möhkəm olmasıdır. Valideyn övladı ilə açıqünsiyyət qurmalı, internetdə rastlaşa biləcəyi təhlükələr barədəməlumat verməli, onu maarifləndirməlidir. Təbii ki, hər yaş qrupunauyğun ünsiyyət forması, izah üsulu və pedaqoji yanaşma tətbiqolunmalıdır.

İkinci vacib məqam isə platformalarda valideyn nəzarətfunksiyalarından istifadə edilməsidir. Təəssüf ki, ölkəmizdə birçox valideyn bu tətbiqlərin texniki imkanları barədə yetərliməlumata sahib deyil. Bəzi valideynlər ümumiyyətlə belə nəzarətmexanizmlərinin mövcudluğundan xəbərsizdirlər.

Nəticə etibarilə, bu problem artıq lokal deyil, beynəlxalqtəhlükə səviyyəsindədir. İnternet mühitində uşaqlara qarşıkiberbullinq halları da geniş yayılıb. Bu baxımdan valideynlərindiqqətli olması vacibdir. Müəyyən yaşa qədər uşaqlara sosial şəbəkəhesablarının açılmasına və smartfonlardan aktiv istifadəyə icazəverilməməli, internetdən əsasən təhsil məqsədilə istifadə təşviqolunmalıdır. Platformalarda minimum yaş həddi 13 olaraq göstərilsədə, bir sıra ölkələr bu yaş çərçivəsini artırmaq istiqamətindəqərarlar qəbul edirlər ki, uşaqlar manipulyativ təsirlərdən dahayaxşı qorunsunlar”.

Qadağa yox, anlayış - valideynin rolu

Hansı uşaqlar risk altındadır sualını isə 308 nömrəli məktəbinpsixoloqu Rübabə Mərdanova cavablandırıb. Onun sözlərinə görə,sosial izolyasiya yaşayan, özünəinamı zəif olan, ünsiyyət bacarığıaşağı, daim diqqət axtaran və sosial mediada həddindən artıq aktivolan uşaqlar risk qrupundadır, valideyn nəzarətinin zəif olması isəbu təhlükəni daha da artırır:

“Valideynlərin rolu qadağa yox, anlayış olmalıdır. Ən böyüksəhvlərdən biri uşağın telefonunu əlindən almaqla problemi həlletdiyini düşünməkdir. Qadağalar uşağı qorumaq əvəzinə onuvalideyndən uzaqlaşdıra bilər. Bunun əvəzinə ailədə açıq ünsiyyətmühiti yaradılmalıdır. Valideyn yalnız “neçə almısan?” deyəsoruşmaqla kifayətlənməməli, uşağın daxili dünyası iləmaraqlanmalıdır:

Məktəbdə onu sevindirən və ya narahat edən nədir?

Hansı oyunları oynayır və niyə?

Sosial mediada kimləri izləyir?

Uşağın ekran fəaliyyəti nəzarətdə saxlanılmalı, lakin bu nəzarətbasqı xarakteri daşımamalıdır.

Uşağa öyrədilməlidir ki, şəxsi məlumatlarını paylaşmaqtəhlükəlidir, naməlum şəxslərlə yazışma risklidir və şübhəli hallarbaş verəndə bunu dərhal valideyninə bildirməlidir.

Ən önəmlisi isə, uşağa səhv etdiyi zaman cəzalandırılmayacağını,əksinə, dəstək görəcəyini hiss etdirmək lazımdır”.

Psixoloq vurğulayıb ki, bu işdə məktəbin dəstəyi olmadanolmaz:

“Məktəb və ailənin birlikdə işləməsi məsələnin açarıdır.Məktəblərdə təhlükəsiz internet mövzusunda mütəmadi maarifləndiriciseminarlar, praktik təlimlər və rol-oyunlar keçirilməlidir. Eynizamanda, şagirdlər üçün anonim müraciət kanallarının yaradılmasıçox vacibdir. Uşaq bilməlidir ki, problemini gizli və təhlükəsizşəkildə paylaşa biləcəyi ünvan var — istər məktəb psixoloqu, istərmüəllim, istərsə də xüsusi “gizli müraciət qutuları”vasitəsilə.

Səbəb araşdırılmadan nəticə ilə mübarizə aparmaq kifayətdeyil

Uşaqlar təkcə maddi deyil, həm də emosional ehtiyaclarlayaşayır. Diqqət və anlayış çatışmazlığı, özünü təsdiq etməehtiyacı, sosial mediada “trenddə olmaq” arzusu onları risklidavranışlara sövq edə bilər.

Yeniyetmələrin beyni təhlükənin nəticələrini böyüklər kimiqiymətləndirə bilmir. Buna görə də “bunu yalnız cəsarətlilər edir”kimi manipulyativ çağırışlar onları asanlıqla ələ ala bilir.Məsələni cəza ilə yox, səbəblə həll etmək lazımdır. Əgər uşaqtəhlükəli oyuna meyl edirsə, ilk növbədə bunun arxasında duranpsixoloji səbəbi tapmaq əsasdır. Uşağın həyatında valideyn sevgisi,vaxt ayırmaq, dinlənilmək hissi, təhlükəsiz mühit mövcuddursa,onlayn təhlükələrin təsiri xeyli azalır. Əgər uşaq belə oyunlaramaraq göstərirsə, ilk növbədə səbəb araşdırılmalıdır, təkcə nəticəilə mübarizə aparmaq kifayət deyil”.

Chosen
42
1
az.trend.az

2Sources