Bu gün Neftçala rayonunda ilk dəfə Balıq Festivalı təşkil olunub.
Marja.az xəbər verir ki, festivalda balıq və dəniz məhsulları sənaye şirkəti "AzProduct" MMC də iştirak edib.
Sərgi iştirakçıları "AzProduct"un istehsalı olan balıq və dəniz məhsulları ilə tanış olublar və onlardan hazırlanmış təamların dadına baxıblar.
Qeyd edək ki, festival Neftçala Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Balıqçılıq və Akvakultura mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan festival Neftçala şəhərindəki bulvarda təşkil olunub. Tədbirin keçirilməsində məqsəd Neftçalanın turizm potensialını nümayiş etdirmək, Neftçalanın əsrlərdən gələn balıqçılıq ənənələrini yaşatmaq və hər kəs üçün rəngarəng, maraqlı bir festival mühiti yaratmaq olub.
"AzProduct" şirkətinin nümayəndəsi Oruc Məmmədov “Marja”ya bildirib ki, hazırda "AzProduct" şirkəti HACCP qida təhlükəsizliyi stabdartının tələblərinə uyğun yeni balıq və dəniz məhsulları zavodunu istifadəyə verirb. "Dalğa" məhsulları ilə geniş tanınan şirkətdə hazırda 100-dən çox işçi çalışır:
"Bütün iri supermarket şəbəkələrində məhsullarımız satılır. Həmçinin HORECA qolumuz restoranlara satışı təşkil edir. Şirkətimiz ötən ildən ixraca da başlayıb - keçən il xaricə 40 ton məhsul satımışıq. 2025-ci ildə də ixracımız davam edib, yekin rəqəmlər il başa çatandan sonra dəqiqləşəcəkdir", - Oruc Məmmədov əlavə edib.





