EN

1 milyon 780 min manatlıq “Azərşin”nin ləğvi ilə bağlı komissiya yaradılır

2026-cı ilin yanvarın 21-də “Azərşin” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

Teleqraf xəbər verir ki, iclasda “Azərşin” ASC-nin ləğv edilməsi barədə qərar qəbul ediləcək. Eləcə də Ləğvetmə Komissiyası yaradılacaq.

Qeyd edək ki, aylardır mediada fəaliyyəti olmayan bu şirkətin bağlacağına dair xəbərlər yer alır. “Azərşin” 2005-ci ildə yaradılıb. Hüquqi sahibi Xanlar Süleymanov olan ASC-nin nizamnamə kapitalı 1,789 milyon manatdır.

Bildirək ki, iki il əvvəl “Azərşin” səhmdarları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi qarşısında etiraz edərək zavodun onlardan gizli satıldığını iddia edirdilər. Eləcə də zavodun ərazisindəki sexlərdən daxil olan icarə haqlarından onlara faiz verilməyidiyini irəli sürürdülər.

Qeyd edək ki, zavod ərazisində mebel, qapı və digər avadanlıqların istehsalı ilə məşğul olan sexlər var. Həmin sexlər də zavod rəhbərliyindən şikayət edirlər. Nəzərə çatdıraq ki, zavod kompleksi üç iri müəssisədən ibarətdir: BMC, “Azərşin” ASC və Elektrik Tökmə zavodları. İddialara görə, Xanlar Süleymanovun qudası Elektrik Tökmə zavoduna, qızının həyat yoldaşı isə BMC-ə rəhbərlik edir.

İqtisadçılara görə, zavod uzun illərdir fəaliyyətsizdir. Halbuki şin istehsalı üçün Azərbaycan nefti çox uyğundur. İtaliyanın “Pirelli”, təkərləri Azərbaycan neftindən istehsal olunur. Yəni İtaliya Azərbaycandan bareli 70 dollara aldığı neftdən istehsal etdiyi təkərləri 300-500 dollara satır.

Chosen
70
3
teleqraf.com

6Sources