Mingəçevirdə 63 yaşlı qadın dəm qazından boğularaq ölüb.
APA-nın yerli müxbiri xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, Mingəçevir şəhər sakini, 63 yaşlı Ə. İsmayılova yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.