EN

Gözlənilməz işıq maqnetizmi fizikləri heyrətləndirdi

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

İsrailin Qüdsdəki İvrit Universitetinin alimləri fizika dərsliklərini yenidən yazmağa vadar edə biləcək bir kəşf barədə məlumat veriblər.

Bizimyol.info xəbər verir ki, "Scientific Reports" jurnalında dərc olunan məqalədə Benyamin Assulayn və Amir Kapua sübut ediblər ki, işığın əvvəl düşünüləndən qat-qat güclü olan aktiv maqnit tərkib hissəsi mövcuddur.

Tədqiqatçılar Landau–Lifşits–Gilbert tənliyindən istifadə edərək göstəriblər ki, işıq maddə ilə qarşılıqlı təsirdə olarkən materialda “maqnit momenti” yaranır və bu moment adi maqnit sahəsi kimi davranır. İşıq tera­bium-qallium qranatından (TGG) keçdikdə bu işıq maqnetizmi aşağıdakı nəticələri təmin edib:

Görünən spektrdə atomların 17% dönməsi,infraqırmızı diapazonda isə 75%-ə qədər.

İşığın bu qədər güclü maqnit effekti elmi ictimaiyyət üçün tam bir sürpriz olub.

Mançester Universitetinin fiziki İqor Rojanski qeyd edir ki, işığın maqnit komponentinin rolunun yenidən qiymətləndirilməsi gələcəyin kvant texnologiyaları üçün əsas elementlər sayılan atom spinlərini idarə etməyin yeni yollarını aça bilər.

"New Scientist" yazır ki, bu kəşf superdəqiq sensorların, məlumat ötürülməsinin yeni üsullarının və son dərəcə sıx maqnit yaddaş daşıyıcılarının yaradılmasına gətirib çıxara bilər.

Təxminən 180 il əvvəl Maykl Faraday ilk dəfə maqnit sahəsinin işığın xassələrini dəyişdirə bildiyini müşahidə etmişdi. İndi isə alimlər sübut ediblər ki, işığın özü də maqnit kimi davrana bilər. Bu gözlənilməz xüsusiyyət yaxın onilliklərin texnoloji sıçrayışlarının əsası ola bilər.

Qadir, Bizimyol.info Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
bizimyol.info

1Sources