Bu gün Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vurulacaq.
Moderator.az xəbər verir ki, son oyun günündə daha üç qarşılaşma baş tutacaq.
Əvvəlcə “Qəbələ” doğma meydanda I Liqa təmsilçisi “Şəfa” ilə üz-üzə gələcək.
Baş hakim Əli Əliyevə həvalə olunan görüş saat 15:00-da start götürəcək.
Digər matçlarda isə “Kəpəz”la Araz-Naxçıvan”la, “Sumqayıt” isə “Difai” ilə qarşılaşacaq.
Hər iki oyun saat 19:00-da başlanacaq.
Qeyd edək ki, ötən gün keçirilən görüşlərin yekunlarına əsasən “Turan Tovuz”, “Zirə”, “Şamaxı”, “Sabah”, eləcə də “Qarabağ” 1/4 finala adlayıb.
Bizon Azərbaycan Kuboku
1/8 final mərhələsi
4 dekabr
15:00. “Qəbələ” – “Şəfa”
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Nəriman Axundov
Qəbələ şəhər stadionu.
19:00. “Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Kamranbəy Rəhimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
“Liv Bona Dea Arena”.
19:00. “Difai” – “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
M. H. adına Sumqayıt şəhər stadionu.