Ajans.azxəbər verir ki, matç ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. "Lids"ə qələbə gətirən qolların müəllifləri Yaka Biyol, Ao Tanaka və Dominik Kalvert-Lyuin olublar. "Çelsi"dən isə Pedru Netu fərqlənib.
Bu nəticə ilə "Çelsi" turnir cədvəlində 24 xalla dördüncü, "Lids" isə 14 xalla 14-cü yeri tutur.