Abşeron Mərkəzi Xəstəxanasında hündürlükdən yıxılan şəxs ölüb.
Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Ölən şəxsin - 1976-cı il təvəllüdlü Hidayət Məmmədzadənin xəstəxanada müalicə aldığı və ehtiyatsızlıqdan binanın 3-cü mərtəbəsindən yıxıldığı deyilir.