EN

Qobustan Günəş Elektrik Stansiyasında görülən işlər müzakirə edilib

Bakı. Trend:

Azərbaycan Çinin “Universal Energy” şirkəti ilə Qobustan GünəşElektrik Stansiyasında görülən işləri müzakirə edib.

Trend xəbərverir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov"X" hesabında paylaşım edib.

"Bərpa olunan enerji mənbələri üzrə ilk hərrac layihəsi olan 100MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasında birinci panelinquraşdırılması çərçivəsində ölkəmizdə səfərdə olan “UniversalEnergy” şirkətinin prezidenti Nan Yi ilə görüşdük. Stansiyanıninşasının gedişi, əməkdaşlığın genişləndirilməsi, imkanları, eləcədə şirkətin uzunmüddətli və təhlükəsiz enerji saxlama texnologiyasıüzrə təcrübəsi barədə fikir mübadiləsi apardıq", - paylaşımda qeydedilib.

Qeyd edək ki, 2027-cı ilədək istismara verilməsi nəzərdə tutulanQobustan Günəş Elektrik Stansiyasında hər il təxminən 180 milyonkilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isəildə 39 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı,atmosferə atılan karbon emissiyalarını 86 min ton azaltmağa imkanverəcək.

Məqalədə:
Chosen
53
2
az.trend.az

3Sources