EN

“Starbucks”ın 12 min işçisi tətilə çıxıb FOTO

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ-də "Starbucks" şirkətinin minlərlə əməkdaşı genişmiqyaslı tətilə çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, ümumilikdə 12 min “Starbucks” işçisinin qatıldığı “Red Cup Rebellion” (Qırmızı Fincan Üsyanı) adlı tətil rekord qırarkən, Nyu-Yorkun yeni meri Zohran Mamdani və müstəqil Vermont senatoru Bernie Sanders Bruklində keçirilən tətilə dəstək verib.

Tətilə ən güclü siyasi dəstək Zohran Mamdani və Bernie Sandersdən gəlib. Onlar bazar ertəsi günü Bruklində tətil edən işçiləri ziyarət ediblər.

Mamdani tətilin ilk günündə verdiyi açıqlamada demişdi: 

““Starbucks” işçiləri ədalətli müqavilə üçün ədalətsiz əmək şəraitinə qarşı tətil edir. Tətil davam etdiyi müddətdə “Starbucks”dan alış-veriş etməyəcəyəm və sizi də bizə qoşulmağa çağırıram”.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
24
1
cebheinfo.az

2Sources