EN

Üç telekommunikasiya şirkəti birləşir

Bakı. Trend:

"AG Telekom" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Rahat Telecom"və "SN Telecom" MMC-lərin ona qoşulması nəticəsində yenidən təşkiledilir.

Trend bubarədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin"Vergilər" qəzetinə istinadən xəbər verir.

Bildirilib ki, buna görə də "AG Telekom" MMC yenidən təşkiledilir və adı çəkilən hüquqi şəxslərin hüquqi varisidir.

"AG Telekom" MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 200 040 manat olan MMC-nin qanuni təmsilçisiNəhmədov İlqar Şamil oğludur.

Chosen
140
1
az.trend.az

1Sources