“Real” Xabi Alonsoya etimadı davam etdirir
İdmanxeber.az-ın məlumatına görə, La Liqada 3 oyunluq qələbəsiz seriyaya baxmayaraq, “Real” rəhbərliyi Xabi Alonsonu dəstəkləməkdə davam edir.
Klub “Olimpiakos”a 4:3 hesablı qələbə və “Jirona” ilə 1:1-lik heç-heçədə komandanın oyununda irəliləyiş görüb.
Bugünkü “Atletik”lə oyun da baş məşqçinin gələcəyi üçün həlledici olmayacaq. Madridlilər vəziyyətin yaxın zamanda düzələcəyinə inanır.
“Real” 14 turdan sonra La Liqada 33 xalla 2-cidir.