EN

Məşhur şounun aparıcısından ŞOK ETİRAF: Ekstrasenslər yoxdur, hamısı aktyordur

“Ekstrasenslərin döyüşü”nün aparıcısı sirləri açıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. İllüziyaçı 15 illik təcrübəsinə əsaslanaraq “maqlar”ın yalanını ifşa edib: “Xərçəng olduğumu belə bilmədilər”.

Məşhur “Ekstrasenslərin döyüşü” (“Bitva ekstrasensov”) şousunun aparıcısı Sergey Safronov sensasion açıqlama verib. O bildirib ki, ekstrasenslər əslində mövcud deyil, efirdə gördüyümüz şəxslərin hamısı sadəcə aktyordur.

İllüziyaçı qeyd edib ki, “maqlar”la işlədiyi 15 il ərzində bir nəfər də olsun həqiqi ekstrasenslə rastlaşmayıb.

O, çəkiliş meydançasında apardığı şəxsi təcrübədən bəhs edib:

“Çəkiliş meydançasında çox yaxşı bir eksperiment apardım. Şou iştirakçıları ilə ünsiyyət qurur, onlardan həyatım və gələcək sınaqlar barədə danışmalarını xahiş edirdim. Həmin vaxt məndə xərçəng xəstəliyinin ikinci mərhələsi olsa da, ‘ekstrasens’lərdən heç biri bunu görmədi”.

Xuraman Etibarlı

İnterpress.az


Chosen
67
1
interpress.az

2Sources