EN

Xalq şairi xəstəxanaya yerləşdirilib

Xalq şairi Nəriman Həsənzadə müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilib.

Bu barədə XəzərNews.az-a açıqlamasında şairin köməkçisi Arif Mehmandost məlumat verib.

“Huşu özündə olsa da, hazırda durumu ağır-stabildir. Hazırda həkimlərin nəzarətindədir. Gözləyirik. Durumu yaxşılaşsa, palataya köçürüləcək”, - deyə köməkçisi bildirib.

Mərkəzi Klinikanın mətbuat şöbəsindən verilən məlumata görə, xəstənin reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir:

“Xronik böyrək çatışmazlığı kəskinləşməsi diaqnozu ilə hemodializ proseduru icra edilir. Vəziyyəti ağır stabil olaraq qiymətləndirilir”.

Qeyd edək ki, şair 2 ay öncə böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Xəbər 2 dəfə oxunub.
Chosen
24
xezernews.az

1Sources