EN

Qara dənizdə daha bir Rusiya tankeri vuruldu Ukraynaya məxsus 5 dron iştirak edib

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qara dənizdə, Türkiyə sahilindən 80 mil məsafədə, Rusiya Gürcüstan marşrutu üzrə gedən “Midvolga 2” tankerinə hücum edilib.

“AzPolitika” bildirir ki, hadisə barədə məlumatı Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi X sosial şəbəkəsində yayıb.

Tanker günəbaxan yağı yükü ilə hərəkət edirdi və gəmidə olan 13 ekipaj üzvü zərər görməyib, yardım üçün müraciət etməyib. Gəmi hazırda işlək mühərriklərlə Sinop şəhərinə doğru üzür.

“Midvolga 2” 2014-cü ildə inşa olunub və Rusiya bayrağı altında fəaliyyət göstərir. Gəminin sahibi Mərkəzi Volqa Gəmiçiliyi Şirkətidır və Ukrayna sanksiyaları altındadır.

“Rosmorrechflot” bildirib ki, tankerə dronlarla hücum edilib. Hücum nəticəsində gəminin üst quruluşunda kiçik zədələr yaranıb, su sızması yoxdur.

Qara dənizdə 28 noyabrda “Kairos” və “Virat” tankerləri də hücuma məruz qalıb. Hər ikisi Qambiya bayrağı altında fəaliyyət göstərir. “Kairos” Novorossiyskə gedirdi və gəmidə yanğın baş verib. “Virat”ın sağ tərəfi zədələnib və 29 noyabr səhəri təkrar hücum edilib. Rusiyayönlü hərbi bloqerlərin məlumatına görə, “Virat”ın arxa hissəsinə 5 dəniz dronu ilə hücum edilib.

Hücumların Ukrayna Təhlükəsizlik Xidməti və Hərbi Dəniz Qüvvələrinin birgə əməliyyatı olduğu bildirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdəki gəmilərə edilən hücumları qınayıb.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
201
32
azpolitika.info

10Sources