EN

Salah "Qarabağ"a qarşı oynamayacaq

BAKI, 2 dekabr. TELEQRAF

İngiltərənin "Liverpul" klubunun ulduz futbolçusu Məhəmməd Salah UEFA Çempionlar Liqasının VI turunda "Qarabağ"la keçiriləcək oyunda iştirak etməyəcək.

Teleqraf xəbər verir ki, buna səbəb 33 yaşlı hücumçunun Misir yığma komandası ilə Afrika Millətlər Kubokunda iştirak etməsidir.

Mersisaydlıların baş məşqçisi Arne Slot misirli oyunçunun dekabrın 15-də millinin düşərgəsinə yollanacağını bildirib.

Afrika Millətlər Kuboku yanvarın 13-dən fevralın 11-ə qədər keçiriləcək.

Qeyd edək ki, "Liverpul"la "Qarabağ" yanvarın 28-də qarşılaşacaq.

Chosen
112
teleqraf.com

1Sources