EN

TƏCİLİ! Azərbaycan diasporasının sabiq rəhbərinə ömürlük həbs cəzası tələb olunur

Rusiyada Azərbaycan diasporasının keçmiş rəhbəri Şahin Şıxlınski barəsində ağır ittihamlar irəli sürülüb. Onun barəsində hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi, eləcə də iki qətlin təşkilində iştirakı ilə bağlı cinayət işləri açılıb.

NOCOMMENT.az xəbər verir ki, 66RU-nun məlumatına görə, istintaq Şahin Şıxlınskini 2001–2011-ci illərdə Sverdlovsk vilayətində baş vermiş qətl və qəsdlərlə əlaqələndirilən etnik qrupun rəhbəri hesab edir.

Cinayət işinin başlanmasına əsas verən hadisə iyulun əvvəlində baş verib. Xüsusi təyinatlı qüvvələr Şahin Şıxlınskini Yekaterinburqdakı “Bakı Plaza” Ticarət Mərkəzinin qarşısında Mercedes-Benz G-Class avtomobilində oğlu Mutvalı ilə birlikdə dayanacağa daxil olmaq istəyəndə saxlayıblar.

Mutvalı Şıxlınski bildirib ki, saxlanılma zamanı maskalı xüsusi təyinatlılar avtomobilin şüşələrini sındırıb və silah tuşlayıblar. Onun sözlərinə görə, şok vəziyyətində avtomobilin qapısı ilə təsadüfən xüsusi təyinatlılardan birini vurub. Sonradan məlum olub ki, həmin əməkdaş ağır bədən xəsarətləri alıb.

İyulun ortalarında məhkəmə Mutvalı Şıxlınskinin həbsinə qərar verib. O, ittihamları qəbul etmir. Barəsində açılmış maddələr 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Şahin Şıxlınski də özünü təqsirli bilmir. Ona 2010-cu ildə iş adamı Fexruz Şirinovun qətlini təşkil etmə ittihamı irəli sürülüb. Şirinov vaxtilə Şıxlınskini açıq şəkildə kriminal fəaliyyətə rəhbərlik etməkdə ittiham edirdi. Bu maddələr üzrə Şahin Şıxlınskini ömürlük həbs gözləyir.

İstintaq artıq tamamlanıb və iş məhkəməyə göndərilib. Yaxın günlərdə prosesə başlanacağı gözlənilir.

Şıxlınskilərlə birlikdə hakim qarşısına Aki f, Ayaz, Bakir, Kamal və Mazahir Səfərov qardaşları, həmçinin Əsgər Rəcəbov çıxarılıb. Onlar qətl və qəsddə ittiham olunurlar. 66RU-nun məlumatına əsasən, təqsirləndirilənlərdən biri – Mazahir Səfərov ifadə verərək digərlərinin də iştirakını təsdiqləyib. Digər şəxslər ittihamları inkar edirlər.

Chosen
56
nocomment.az

1Sources