EN

Brüssellə Ankara Bakı ilə İrəvanın münasibətlərinin normallaşması prosesini müzakirə edəcəklər

Hurriyyet portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hurriyyet.az xəbər verir ki, erməni mediasının məlumatına görə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Avropa İttifaqı ilə Türkiyənin Bakı ilə İrəvan arasında normallaşma prosesini müzakirə edəcəklərini bildirib. O, dekabrın 3-də Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşəcək. Kos həmin görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasının müzakirə mövzularından biri olacağını bəyan edib.

Komissar deyib: "Sabah Türkiyənin xarici işlər naziri ilə görüşəcəyəm. Biz həmçinin, Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərdəki inkişafı izləyirik. Ermənistan və Azərbaycan arasında sülh sadəcə iki ölkə arasında barışdan daha artıqdır - bu, regionda sülh deməkdir. Buna görə də çox nikbinəm". 

Kos Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin "müsbət istiqamətdə inkişaf etdiyini" söyləyib.

Hürr Tərcüman

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
120
1
hurriyyet.az

2Sources