EN

Əfsanə anasının sözü ilə 50 milyonluq müqavilədən imtina edib: Səbəbi görün nədir

Basketbol əfsanəsi Şakil O’Nil karyerasının başlanğıcında anasının məsləhəti ilə “Reebok” ilə 50 milyon dollar dəyərində müqaviləni rədd etdiyi hekayəni danışıb.

Publika.az xəbər verir ki, bunun səbəbi bir oyun sonrası onun idman ayaqqabısının yüksək qiymətinə etiraz edən bir fanatın anası ilə söhbət olub.

1992-ci ildə O’Nil “Reebok” üçün ilk “Shaq Attaq” ayaqqabı modelini təqdim edib. Ayaqqabılar yaxşı satılırdı, ta ki bir oyun sonrası bir qadın oğlunu gətirib ona yaxınlaşana qədər.

“Bu əziz xanım oğlunu gətirdi. Mən düşündüm ki, avtoqraf istəyir. Amma o dedi: “Siz uşaqlarımızı bu ayaqqabılar üçün böyük pullar ödəməyə məcbur edirsiniz”. Bilirsiniz, biz necə böyüdülmüşük, böyüklərə qarşı çıxmaq olmaz. Mən evə getdim və anamla danışmaq istədim. Düşünürdüm ki, o mənim tərəfimdə olacaq, amma o dedi: “Uşaq və qadın haqlıdır. Sənin ayaqqabılar həqiqətən çox bahadır. Unutma, sənin heç vaxt 40 dollardan baha ayaqqabıların olmayıb”, – deyə basketbol əfsanəsi bildirib.

Chosen
119
50
publika.az

10Sources