Yekaterinburqda azÉ™rbaycanlı iÅŸ adamı Vidadi Mustafayev saxlanılıb.Bu barÉ™dÉ™ “URA.RU”ya hüquq-mühafizÉ™ orqanlarına yaxın bir neçə mÉ™nbÉ™ mÉ™lumat verib.
Məlumata görə, o məşq üçün getdiyi fitnes-klubun yaxınlığında xüsusi təyinatlıların iştirakı ilə keçirilən əməliyyat zamanı tutulub. Onun Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsi ilə dələduzluqda şübhəli bilindiyi qeyd olunub.
Portal yazır ki, azərbaycanlı iş adamına qarşı iddialar onun keçmiş hüquqşünasının yazdığı ərizədən sonra ortaya çıxıb. İddia olunur ki, həmin şəxs hüquq-mühafizə orqanlarına iş adamının torpaq maxinasiyalarına qoşulduğu barədə məlumat verib.
Hadisə ilə bağlı araşdırma davam edir.