EN

Rusiyada Şahin Şıxlinskiyə qarşı çıxış edən Vidadi Mustafayev həbs edilib

Yekaterinburqda hüquq-mühafizə orqanları özünü Uraldakı Azərbaycan diasporunun yeni lideri elan edən Vidadi Mustafayevi saxlayıb.

AzPost-un məlumatına görə, bu barədə URA.RU mötəbər mənbələrə istinadən bildirib.

Həbs xüsusi təyinatlı qüvvələrin iştirakı ilə həyata keçirilib. Mustafayev Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsi olan “Fırıldaqçılıq”la cinayət törətməkdə şübhəli bilinir.

“İlkin məlumatlara görə, Mustafayevə qarşı ittihamlar onun keçmiş vəkili ona qarşı şikayət ərizəsi verdikdən sonra ortaya çıxıb. O, hüquq-mühafizə orqanlarına Vidadinin torpaq fırıldaqçılığında iştirak edə biləcəyini deyib”, – vəziyyətlə tanış olan mənbə bildirib.

“İlkin məlumatlara görə, xüsusi təyinatlı qüvvələr Vidadini iki saat əvvəl idman zalında məşq etməyə gələndə saxlayıblar”, – başqa bir mənbə bildirib.

Xatırladaq ki, Rusiya mediası V. Mustafayev Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski həbsindən sonra azərbaycanlı diasporunun yeni rəhbəri kimi təqdim edib. Sentyabrın 1-də yayılmış məlumatlarda Vidadi Mustafayevin Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri seçildiyi bildirilir.

Diasporla İş üzrə Dövlət Komitəsi isə bildirib ki, Vidadi Mustafayev adlı şəxsin Azərbaycan diasporuna heç bir aidiyyəti yoxdur.

Qeyd edək ki, Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski bu ilin avqustunda həbs olunub.

İlkin məlumata görə, Şahin Şıxlinski şəxsin öldürülməsinə cəhddə iştirak etmək, habelə hakimiyyət nümayəndəsinə qarşı zorakılıqda ittiham olunur.

AzPost.az

Chosen
123
azpost.info

1Sources