EN

Rusiyalılar xaricdən görün ən çox nə alırlar

Rusiyalılar xaricdən daha çox zərgərlik məmulatları almağa başlayıblar.

KONKRET.az xəbər verir ki, 10 ay ərzində onlar CDEK.Shopping vasitəsilə zərgərlik əşyalarının alınmasına 151 milyon rubl xərcləyiblər. Bu, ötən illə müqayisədə dörd dəfə çoxdur.

Açıqlamanı transsərhəd ticarət xidməti bildirib. Belə məhsullara sifarişlərin sayı isə üç dəfə artıb.

Zərgərlik məmulatları bəzək əşyaları arasında ən sürətlə böyüyən kateqoriyaya çevrilib: bütün sifarişlərin 63%-i bu kateqoriyanın payına düşür. Daha 33%-i saatlar, qalan hissəsi isə bijuteriya təşkil edir.

Zərgərlik məmulatlarının orta alış çeki 53 min rubl olub. Ekspertlərin qeyd etdiyinə görə, bazarın bərpası Rusiya şirkətlərinin xarici satıcılardan məhsul tədarükünü təşkil edib rusiyalı istehlakçılara yenidən satışa çıxara bilməsi sayəsində mümkün olub.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Chosen
102
konkret.az

1Sources