EN

Rusiya Dnepri vurdu: Ölənlər və çox sayda yaralananlar var

Ukraynanın Dnepr şəhəri Rusiya ordusunun raket hücumuna məruz qalıb.

Milli.Az xəbər verir ki, Rusiya ordusunun Dnepr şəhərinə raket zərbəsi nəticəsində 4 nəfər ölüb, 22 nəfər isə yaralanıb. 

Bu barədə Dnepropetrovsk Vilayət Administrasiyasının səlahiyyətli şəxsi Vladislav Qayvanenko "Telegram" hesabında məlumat verib.

Onun bildirdiyinə görə, hadisə yerində bütün xidmətlər fəaliyyət göstərir.

Milli.Az

Chosen
78
4
milli.az

10Sources