EN

Papay qəsd edən Ağca XIV Leo ilə görüşmək üçün İznikə gəldi - Video

Vatikanın yeni ruhani lideri Papa XIV Leo-nun Türkiyə səfəri çərçivəsində İzniki ziyarət etməsi, bir zamanlar Papa II İohann Pavelə sui-qəsd cəhdi ilə tanınan Mehmet Əli Ağcanın da diqqətini cəlb edib.

“Yeni Sabah” DHA-ya istinadən xəbər verir ki, Ağca bu məqsədlə Bursanın İznik rayonuna gələrək Ayasofya Camisini ziyarət edib.

Mehmet Əli Ağca Papa XIV Leonun səfərini “tarixi hadisə” kimi qiymətləndirib: 

“Ümid edirəm ki, bu gün və ya sabah İznikdə, İstanbuldа bir neçə dəqiqə də olsa, söhbət etmək imkanı olacaq”.

Özünün uzun illər “yanlış anlaşıldığını” deyən Ağca dünya barışı mövzusunda Vatikanla oxşar düşüncələri paylaşdığını iddia edib: 

“ilahi bir planın mərkəzindəyəm. Mənə "terrorist" deyənlər yanlış düşünür. Vatikanla dostluğumuz davam etməlidir”.

Mehmet Əli Ağca sonda XIV Leonu ən yaxşı şəkildə qarşılamaq və yola salmaq gücündə olduğunu, Vatikanla dost münasibətlərin vacibliyini bildirib.

İlhamə Qasımlı 


Telegram kanalımız
Chosen
5
1
yenisabah.az

2Sources