EN

Papa Türkiyəni xalqlar arasında vasitəçi olmağa çağırıb

BAKI, 27 noyabr. TELEQRAF

Papa XVI Leo Türkiyəni xalqlar arasında vasitəçi rolunu üzərinə götürməyə çağırıb.

Teleqraf xəbər verir ki, Papa dörd günlük səfəri zamanı Ankarada hökumət nümayəndələri və diplomatlar qarşısında çıxış edib: “Cənab Prezident, Türkiyə ədalətli və davamlı sülhə xidmət edən sabitlik və xalqlar arasında yaxınlaşma mənbəyi olsun. Bu gün bizə dialoqu təşviq edəcək və onu möhkəm iradə, səbirli əzmlə həyata keçirəcək insanlara həmişəkindən daha çox ehtiyacımız var”.

Papa həmçinin “qlobal səviyyədə münaqişələrin səviyyəsinin artması”ndan narahatlığını ifadə edib.

Roma Papasının sözlərinə görə, Türkiyə Şərqlə Qərb, Asiya və Avropa arasında körpü rolunu oynayıb və eyni zamanda daxili müxtəlifliyi ilə zəngin ölkədir:

"Siz Aralıq dənizinin və bütün dünyanın bu günündə və gələcəyində mühüm yer tutursunuz. Bu, ilk növbədə, daxili müxtəlifliyinizə dəyər verməyinizdən irəli gəlir. Cəmiyyət plüralizmə sahib olanda yaşaya bilir. Xristianlar ölkənizin birliyinə müsbət töhfə vermək istəyirlər. Onlar türk kimliyinin bir parçasıdır".

Dünya katoliklərinin lideri onu da bildirib ki, Türkiyə kimi dinin mühüm rol oynadığı bir cəmiyyətdə hər bir insanın ləyaqətinə və azadlığına hörmət etmək lazımdır:

"Biz hamımız Allahın övladlarıyıq və bunun şəxsi, sosial və siyasi nəticələri var. Bu gün bu, daxili siyasəti və beynəlxalq münasibətləri dəyişdirməli olan ciddi çağırışdır”.

Chosen
45
teleqraf.com

1Sources