EN

Azərbaycan millisi Skopyedə AÇ-yə start verir

Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, yığmamız səfərdə Şimali Makedoniya ilə qarşılaşacaq.

Skopyedə baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 22:00-da start götürəcək. 

Milli AÇ-yə bu heyətlə yollanıb: Amil Qəmzəyev, Şirzad Şirzadov, Elşad Şirzadov, Əkbər Məmmədov, Kamran Məmmədov, Sadettin Donat, Ulaş Turqut, Emmanuel Aqbason, Ercan Donat, Derin Berkoz, Uesli Van Bek, Endar Poladxanlı.

Qeyd edək ki, milli noyabrın 30-da 2-ci tur çərçivəsində Bakıda Lüksemburqu qəbul edəcək. Qalan oyunlar isə gələn il keçiriləcək.
 
AÇ-2027
İlkin seçmə mərhələ, 1-ci tur
A qrupu

22:00. Şimali Makedoniya – Aazərbaycan
Skopye. "Kale Arena".

Chosen
19
fanat.az

1Sources