EN

Səfir: İlin sonuna Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 5 milyard dollara çatacaq

İlin sonuna qədər Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 5 milyard dollara çatacaq.

APA xəbər verir ki, bunu Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Evdokimov “Avrasiya iqtisadi inteqrasiyasında biznes üçün üstünlüklər” mövzusunda beynəlxalq dairəvi masada çıxışı zamanı bildirib.

“Hesab edirik ki, bu, ölkələrimiz arasında ticarət dövriyyəsinin çox yaxşı qarşılıqlı artım göstəricisidir”, - səfir qeyd edib.

Chosen
37
1
apa.az

4Sources