EN

Çempionlar Liqası: Bəhlul Mustafazadə bir göstəricidə ilk "üçlük"də qərarlaşıb

BAKI, 27 noyabr. TELEQRAF

"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasında ən çox blok edən futbolçular arasında qərarlaşıb.

Teleqraf xəbər verir ki, 28 yaşlı oyunçu geridə qalan V tur ərzində 8 dəfə rəqib zərbəsinin qarşısını alıb.

O, bu göstəricidə yalnız Kipr "Pafos"unun müdafiəçisi David Luizdən geri qalır. Braziliyalı ulduz futbolçunun 12 "blok"u var.

Qeyd edək ki, Bəhlul Mustafazadə "Qarabağ"ın Çempionlar Liqasında keçirdiyi beş oyunun hamısında iştirak edib.

Chosen
66
3
teleqraf.com

4Sources