EN

Deputat: “Azərbaycan Avropa məhkəmələrinin qərarlarını icra etməyəcək”

“Azərbaycan öz qanunlarına istinad edir. Məhkəmələrdə də, digər bütün sahələrdə də öz qanunlarına istinadən hərəkət edir və fəaliyyət göstərir. Deyirlər ki, Azərbaycan Avropa məhkəmələrinin qərarlarını icra etmir. Bəlkə, bir az əvvələ qayıdaq? Azərbaycan tərəfi olaraq Avropa məhkəmələrinə çox sayda müraciətlər etmişik. 1990-cı illərdən başlayaraq - ərazilərimiz işğal altında olanda, bizə qarşı soyqırımılar törədiləndə, insanlarımıza işgəncələr verilməsi ilə, itkin düşənlərlə, əsirlərlə bağlı... Avropa məhkəmələri bunların hansına ədalətli yanaşıb? Bizim haqlı tələblərimizin, müraciətlərimizin hansına baxıb? Demək olar, heç birinə. İndi görün Avropa məhkəmələri Azərbaycana qarşı nə ilə məşğuldur - Azərbaycan vətəndaşlarına, bütövlükdə insanlığa, dövlətə, dövlətçiliyə qarşı cinayət törətmiş ermənilərin müdafiəsi, Azərbaycan qanunlarını pozaraq cinayət əməlləri ilə məşğul olan şəxslərin azadlığa buraxılması iddiası ilə! Hələ çox şeylər saymaq olar. Buna görə də, təbii ki, Azərbaycan Avropa məhkəmələrinin ədalətsiz, haqsız, Azərbaycan qanunlarına zidd olan heç bir tələbini, qərarını icra etməyəcək, yerinə yetirməyəcək".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

 

Deputat vurğulayıb ki, Azərbaycan müstəqil dövlətdir, öz məhkəmələri fəaliyyət göstərir: “Qanunlarımız da var və hər biri beynəlxalq hüququn, BMT-nin bütün nizamnamə və tələblərinə uyğundur. Buna görə də Avropa məhkəmələrinin qərəzli, haqsız, yersiz qərarlarını icra etmirik”.

 

Aytəkin Qardaşova

Tarix: 27 Noyabr 2025, 11:38   
Chosen
6
pravda.az

1Sources