EN

Elxan Şahinoğlu: Məlumatın mətbuata sızdırılmasında ABŞ kəşfiyyatı rol oynamış ola bilər

Politoloq Elxan Şahinoğlu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ilə Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov arasında telefon danışığının mətbuata ötürülməsinə ilə bağlı  fikirlərini açıqlayıb. Vətəninfo.az xəbər verir ki, politoloqun  sözlərinə görə, bu danışığın Rusiya tərəfindən mətbuata sızdırılması məntiqə uyğun deyil, çünki telefon söhbətində Stiv Uitkoffun sözləri Kreml maraqlarına xidmət edib.

Elxan Şahinoğlu bildirib ki, belə olan halda, Rusiya kəşfiyyat strukturlarının sözügedən danışığın məğzini Qərb mətbuatına ötürməsi ehtimalı çox aşağıdır. Onun fikrincə, telefon danışığının təfərrüatlarını mətbuata ötürən tərəf böyük ehtimalla ABŞ Mərkəzi Kəşfiyyat İdarəsidir.

Politoloq hesab edir ki, Mərkəzi Kəşfiyyat İdarəsində Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı hazırladığı 28 bəndlik planından narazı qrup fəaliyyət göstərib. Məqsəd Trampın ilkin variantda Ukraynanı müəyyən mənada təslimiyyətə sürükləyə biləcək planının reallaşmasının qarşısını almaq olub.

Elxan Şahinoğlu vurğulayıb ki, ABŞ tarixində belə hallar yaxın keçmişdə də baş verib: Prezidentin komandasındakı bəzi məmurlar, rəhbərlikdən narazı olduqda, məxfi məlumatları mətbuata ötürməklə müəyyən proseslərin qarşısını almağa çalışıblar.

Chosen
20
veteninfo.az

1Sources