EN

Zəngəzur dəhlizi nə vaxt tam istifadəyə veriləcək?

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “CNN Türk”ə müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı son məlumatları açıqlayıb.

Nazir bildirib ki, layihə həm Türkiyə, həm Azərbaycan, həm də region üçün mühüm strateji əhəmiyyət daşıyır.

Uraloğlunun sözlərinə görə, Karsdan başlayaraq Dilucu istiqamətinə uzanan və Zəngəzurdan keçəcək yeni dəmir yolu xəttinin 224 kilometrlik hissəsində işlər artıq başlayıb, Azərbaycan isə xətti Ermənistan sərhədinə qədər davam etdirəcək.

Nazir vurğulayıb ki, proses qarşı tərəflə koordinasiyalı şəkildə izlənilir.

O qeyd edib ki, Çindən çıxan yüklərin Avropaya ən qısa zamanda çatdırılması üçün Orta Dəhliz ən əhəmiyyətli marşrutlardan biridir:

“Məhz Zəngəzur dəhlizi bu marşrutun ən vacib hissələrindən birinə çevriləcək. Yeni yol açıldıqdan sonra Çindən Avropaya daşınan yüklərin keçidi bu dəhliz üzərindən təmin olunacaq, eyni zamanda, Türkiyənin öz ixrac yükdaşımaları da buradan həyata keçiriləcək”.

Nazir layihənin tamamlanma vaxtına da aydınlıq gətirərək bildirib ki, Zəngəzur dəhlizi 2029-2030-cu illərdə tam olaraq işə düşəcək.

Chosen
4
sportinfo.az

1Sources