EN

Azərbaycan multimodal marşrutların kəsişdiyi əsas mərkəzə çevrilib - Azər Qarayev

Bakı. Trend:

Müstəqil Dövlətlər Birliyinin Dəmir Yolu Nəqliyyatı Şurasının83-cü iclasının Bakıda keçirilməsi Azərbaycanın qlobal nəqliyyatarxitekturasında artan rolunu bir daha təsdiqləyən hadisə oldu. Sonillərdə Bakı Şərq–Qərb, Şimal–Cənub və Xəzər hövzəsində formalaşanyeni multimodal marşrutların kəsişdiyi əsas mərkəzə çevrilib.

Bunu Trend-əpolitoloq Azər Qarayev deyib.

"Azərbaycan təkcə beynəlxalq nəqliyyat təşəbbüslərində iştiraketmir, eyni zamanda onların məzmununu formalaşdırır. Şimal-CənubNəqliyyat Dəhlizi üzrə yük dövriyyəsinin 2028-ci ilin 1yanvarınadək 5 milyon tona çatdırılması, daha sonra isə 15 milyontona yüksəldilməsi planlaşdırılır. Bu rəqəmlər sadəcə bəyanat deyil- uzunmüddətli planlaşdırmanın və ardıcıl infrastruktur siyasətininnəticəsidir. Azərbaycanla Rusiya arasında ötən il imzalanmıştranzit daşımalarının inkişafına dair sənəd Şimal-Cənub dəhlizininreal rəqabətqabiliyyətli nəqliyyat xəttinə çevrilməsi üçün hüquqivə texniki baza yaradıb. Bu marşrut üzrə dəmir yoluinfrastrukturunun modernləşdirilməsi, yeni texnologiyalarıntətbiqi, tarif mexanizmlərinin razılaşdırılması və logistikaproseslərinin rəqəmsallaşdırılması Azərbaycanın regiondakı rolunudaha da möhkəmləndirir", - o bildirib.

Onun sözlərinə görə, Horadiz-Ağbənd dəmir yolu xətti layihəsi bukontekstdə xüsusi vurğulanmalıdır.

"Bu xəttin illik buraxılış gücü 15 milyon ton nəzərdə tutulur və2026-cı ilədək Ermənistan sərhədinədək tamamlanması planlaşdırılır.Bu layihə təkcə infrastrukturun bərpası deyil - həm də ŞərqiZəngəzurun ölkənin ümummilli nəqliyyat sisteminə tam inteqrasiyası,Azərbaycanın isə regiondakı nəqliyyat-kommunikasiyakonfiqurasiyasında həlledici rolunu daha da möhkəmləndirməsiningöstəricisidir. İclasda MDB məkanının nəqliyyat potensialına xüsusidiqqət çəkildi. Şura üzvü olan ölkələrin dəmir yolları üzrə toplamyük dövriyyəsi ötən il 3 trilyon ton-kilometrə çatıb ki, bu daABŞ-nin birinci sinif dəmir yollarından 30%, Avropa İttifaqındanisə səkkiz dəfə çoxdur. Bu rəqəmlər təkcə regiondakı inteqrasiyadərinliyini deyil, həm də Avrasiya dəmir yolu sisteminin qloballogistika məkanında artan çəkisini göstərir. Bu sistemdə isəAzərbaycan ən vacib keçid nöqtələrindən biridir", - o bildirib.

A.Qarayev bildirib ki, Bakı-Tbilisi-Qars, Orta Dəhliz vəŞimal-Cənub layihələri ölkənin qlobal nəqliyyat xəritəsindəkimövqeyini əhəmiyyətli dərəcədə gücləndirib.

"İclasın ən mühüm nəticələrindən biri Azərbaycan, Rusiya vəİranın dəmir yolu qurumları arasında imzalanan üçtərəfli AnlaşmaMemorandumu oldu. Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını,vahid kompleks tarifin formalaşdırılmasını, blok-qatarlarınmüntəzəm işə salınmasını və daşımaların prosedurlarınıntəkmilləşdirilməsini nəzərdə tutur. Bu addımlar Şimal-Cənubmarşrutunu daha sürətli, daha şəffaf və iqtisadi cəhətdən əlverişlilogistika zəncirinə çevirmək üçün böyük potensial yaradır. Vahidtarif siyasəti, xüsusən də İran-Azərbaycan-Rusiya xətti üzrə,regionun inteqrasiyasını dərinləşdirir və Azərbaycan üçün stratejiimkanlar açır. Rusiya cənub istiqamətlərini genişləndirməkdəmaraqlıdır, İran isə Avrasiya nəqliyyat şəbəkələrinə daha fəalşəkildə qoşulur. Bu şəraitdə bütün yolların Azərbaycan üzərindənkeçməsi ölkəmizə həm iqtisadi üstünlüklər, həm də geosiyasi təsirimkanı qazandırır", - o bildirib.

Politoloq vurğulayıb ki, logistika proseslərinin şəffaflığı vəsinxronizasiyası da çox vacibdir.

"Müasir dünyada dəhlizlər təkcə məsafə və xərc üzrə deyil, həmdə xidmətin sürəti, rəqəmsal inteqrasiya səviyyəsi və sabitlik üzrərəqabət aparır. Azərbaycan isə uzun müddətdir ki, sərhədkeçmənöqtələrinin rəqəmsallaşdırılması, yüklərin izlənməsi,prosedurların avtomatlaşdırılması kimi həlləri tətbiq edən regionunqabaqcıl ölkələrindən biridir. Beləliklə, Bakıda keçirilən iclasbir daha göstərdi ki, Azərbaycan Avrasiyanın nəqliyyattransformasiyasının mərkəzində dayanır. Bakı-Tbilisi-Qars xətti,Orta Dəhlizin genişləndirilməsi, Şərq-Qərb infrastrukturununmodernləşdirilməsi və Şimal-Cənub dəhlizi üzrə görüləngenişmiqyaslı işlər ölkəmizi Avropa, Orta Asiya, Rusiya, İran vəTürkiyəni birləşdirən strateji körpü rolunu gücləndirir. İmzalanmışsənədlər və səslənən bəyanatlar göstərir ki, Azərbaycan qloballogistika dəyişikliyini izləyən deyil - onu formalaşdıran ölkədir.Bu gün regionda dəhlizlər arasında rəqabət güclənir, lakinAzərbaycan coğrafi mövqeyini, siyasi sabitliyini və məqsədyönlünəqliyyat strategiyasını istifadə edərək özünü Avrasiyanın əsasnəqliyyat düyünü kimi təsdiqləyir. Bakıda baş tutan 83-cü iclas isəbu prosesin növbəti mühüm mərhələsi oldu", - A.Qarayev əlavəedib.

Chosen
37
az.trend.az

1Sources