EN

Hərbi çevriliş: Qvineya-Bisau prezidenti həbs edildi

Qvineya-Bisaunun hazırkı Prezidenti Umaru Sissoko Embalo ölkədə baş verən hərbi çevriliş zamanı prezident sarayında həbs edildiyini açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Jeune Afrique” nəşri məlumat yayıb.

Qərbi Afrika dövlətinin başçısı prezident seçkilərinin ilk turunda qalib gəldiyini bəyan etdikdən üç gün sonra günorta saatlarında həbs olunub. Embalo onu saxlayan hərbçilər tərəfindən fiziki zorakılıq tətbiq olunmayıb.

Nəşr bildirir ki, prezidentlə birlikdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Byage Na Ntan, onun müavini general Mamadu Ture və daxili işlər naziri Boçe Kande də həbs edilib.

Hazırda Qvineya-Bisauda hərbçilər ölkə üzərində tam nəzarətin qurulduğunu və bütün sərhədlərin bağlandığını elan ediblər.

Chosen
20
publika.az

1Sources