EN

Qvineya-Bisau başçısı dövlət çevrilişi nəticəsində həbs edilib

Qvineya-Bisaunun hazırkı başçısı Umaro Sissoko Embalo dövlət çevrilişi nəticəsində prezident sarayındakı kabinetində həbs edildiyini bildirib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Jeune Afrique” nəşri məlumat yayıb.

Məlumata görə, Qərbi Afrika dövlətinin başçısı prezident seçkilərinin ilk turunda qalib gəldiyini bəyan etdikdən üç gün sonra günorta saatlarında həbs olunub. Prezident qərargahından bildirilib ki, o, 65 % səslə seçkilərdə qalib gəlib.

Nəşrin məlumatına görə, silahlı qüvvələrin Baş Qərargah rəisi general Byage Na Ntan, Baş Qərargah rəisinin müavini general Mamadu Ture və daxili işlər naziri Boçe Kande də həbs edilib.

Embalo bildirib ki, çevrilişi ordunun qərargah rəisi təşkil edib. Prezident əlavə edib ki, həbs olunarkən ona qarşı zorakı hərəkətlərə yol verilməyib.

Qeyd edək ki, Qvineya-Bisauda prezident seçkiləri noyabrın 23-də keçirilib. Rəsmi nəticələr noyabrın 27-də açıqlanmalı idi. Bu seçkilərdə Embalonun əsas rəqibi Fernandu Diaş da Koşta olub.

Chosen
47
5
nocomment.az

7Sources