EN

Baş nazir Əli Əsədov “Rusiya Dəmir Yolları”nın baş direktoru ilə görüşüb

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycanın Baş naziri Əli Əsədov “Rusiya Dəmir Yolları”nın baş direktoru, İdarə Heyətinin sədri Oleq Belozyorovla görüşüb.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildirilib ki, görüşdə müxtəlif sahələrdə Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Nəqliyyat və logistika, o cümlədən dəmir yolları arasında qarşılıqlı əlaqələrə xüsusi diqqət yetirilib. Regionun tranzit potensialının artırılması üzrə birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd edilib. Bu kontekstdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi boyunca infrastrukturun inkişafı və bu marşrut üzrə yük daşımalarında davamlı artımın qorunması üzrə işlərin sinxron aparılmasının zəruriliyi vurğulanıb.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov iştirak edib.

Chosen
98
17
azertag.az

10Sources