EN

Qvineya-Bisaunun prezidenti Embalo hərbi çevriliş cəhdi fonunda saxlanılıb

Dövlət başçısı seçkilərdə özünü qalib elan etdikdən sonra prezident sarayında nəzarət altına alınıb…

Poliqon xəbər verir ki, Qvineya-Bisaunun dövlət başçısı Umaru Sisoku Embalo prezident sarayında saxlanıldığını və bunun faktiki olaraq “dövlət çevrilişi” olduğunu bəyan edib. O, məlumatı Jeune Afrique nəşrinə verib və baş verənləri seçkilərdən sonra yaranmış siyasi böhranın nəticəsi kimi qiymətləndirib.

Jeune Afrique yazır ki, Embalo ilə birlikdə bir neçə yüksək rütbəli rəsmı də saxlanılıb, o cümlədən Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Byage Na Ntan, onun müavini Mamadu Ture və ölkənin daxili işlər naziri Boçe Kande də hərbçilər tərəfindən nəzarət altına alınıb.

23 noyabrda Qvineya-Bisauda prezident və parlament seçkiləri keçirilib. Prezident postu uğrunda 12 namizəd mübarizə aparsa da, əsas rəqiblərdən biri olan müxalifət lideri Dominguşu Simoeş Perei­ra namizədliyini irəli sürmək imkanı əldə etməmişdi. Rəsmi nəticələr 28 noyabrda açıqlanmalı olsa da, Umaru Sisoku Embalo artıq özünü qalib elan edib. Bundan dərhal sonra AFP və Reuters Agentlikləri prezident sarayının yaxınlığında, həmçinin milli seçki komissiyası binası ətrafında atışma səslərinin eşidildiyini xəbər vermişdi.

Ölkədə yaranmış gərginlik fonunda hərbi-siyasi qarşıdurmanın daha da dərinləşdiyi bildirilir. Embalonun Moskvaya yaxın siyasətçi olduğu qeyd edilir.

Poliqon.info

Chosen
74
poliqon.info

1Sources