EN

Bakıda keçiriləcək WUF13 Nayrobidə beynəlxalq ictimaiyyətə tanıdıldı

ain.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Azərbaycan nümayəndə heyəti Nayrobidə keçirilən UN-Habitat İcraiyyə Şurasının 3-cü sessiyasında iştirak edib.

Azərbaycanın Keniyadakı səfirliyindən "Yeni Sabah”a bildirilib ki, tədbirdə 2026-cı ildə Bakıda baş tutacaq Dünya Şəhərsalma Forumu barədə geniş təqdimat keçirilib, hazırlıq prosesi və əməkdaşlıq imkanları müzakirə olunub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 üzrə milli koordinator Anar Quliyev WUF13-ün beynəlxalq şəhərsalma əməkdaşlığını gücləndirəcəyini və Forum tarixində ilk dəfə liderlərin Zirvə Görüşünün keçiriləcəyini bildirib. UN-Habitatın icraçı direktoru Anaklaudia Rossbax Azərbaycanın hazırlığını yüksək qiymətləndirib.

Sessiya çərçivəsində Azərbaycan və Somalinin həmsədrlik etdiyi “Hər kəs üçün münasib mənzil” təşəbbüsü üzrə məruzə təqdim edilib, həmçinin nümayəndə heyətləri üçün rəsmi qəbul təşkil olunub. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
1
yenisabah.az

2Sources