EN

Kolesnikovla Uitkoff gizli danışıb? – Uşakov aydınlıq gətirdi 

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikovla ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff arasında sızdırılmış söhbət barədə şərh verib.

NOCOMMENT.az xəbər verir ki, Uşakov məsələ ilə bağlı belə deyib

“Bəli, əlaqələr təhlükəsiz rabitə vasitəsilə baş verir və tərəflərdən biri xüsusi olaraq danışmasa, informasiyalar demək olar ki, heç vaxt sızmır. Lakin bəzi “WhatsApp” söhbətləri var ki, əslində kimsə onları necəsə dinləyə bilər”.

“İki tərəfin belə bir söhbəti sızdırması ehtimalı azdır. Çünki məlumat sızdıran tərəfdaşla heç kim əməkdaşlıq etməzdi. Əks təqdirdə bu, etibarsız söhbət olardı”, – Uşakov vurğulayıb.

Chosen
41
nocomment.az

1Sources