EN

ABŞ Konqresi “partlayır”

Xəbər verildiyi kimi, “Bloomberg” agentliyi Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla telefon danışıqlarının deşifrasını dərc etdikdən sonra Vaşinqtonda partlayış effekti yaranıb.

Musavat.com xəbər verir ki, sızmanın göstərdiyinə görə, məhz Uitkoff Putin–Tramp telefon danışığını təşviq edib, həmçinin hansı mövzuların qaldırılması barədə tövsiyə verib.

Söhbət Zelenski ilə Tramp arasında keçiriləcək görüşdən əvvəl baş verib və Ukraynaya “Tomahavk” raketlərinin verilməsi müzakirə olunurdu. Uitkoffun müdaxiləsi nəticəsində həmin prosesin pozulduğu bildirilir.

Daha da qalmaqallı məqam: sızmalar göstərir ki, Rusiya tərəfinin ultimativi Uitkoff tərəfindən “Trampın 28 maddəlik planı” kimi paketlənib və Ukraynaya satılmağa cəhd edilib. Bu, ABŞ administrasiyasının sülh təşəbbüsünün formalaşmasında Moskvanın təsirinin həcmi barədə suallar yaradır.

Məsələ həm ABŞ, həm də onun müttəfiqləri içində fırtına yaradıb.

“Bloomberg”in materialı dərc olunar-olunmaz, Konqresdə həm demokratlar, həm də respublikaçılar Uitkoffun dərhal istefaya göndərilməsini tələb ediblər.

“The Wall Street Journal” respublikaçı konqresmen Brayan Fittspatrikin sözlərini sitat gətirir. O, olayı “ciddi problem” adlandırır və gizli razılaşmaların dərhal dayandırılmalı olduğunu vurğulayır.

“The Telegraph” isə qalmaqalı “Stiv Uitkoff ifşa olundu” başlığı ilə təqdim edib. Nəşr Uitkoffu diplomatik təcrübəsizlikdə günahlandırır və onun Uşakova Trampı necə tərifləməklə “yumuşaltmaq” barədə məsləhətlər verdiyini xüsusi vurğulayır.

“Sky News” daha sərt yazır:

“Trampın sülh planı rus təsiri ilə doymuşdu - indi isə bilirik niyə”.

Telekanal Uitkoffu “faydalı idiot” adlandırır və onun fəaliyyətinin Ukrayna və Avropanın təhlükəsizliyinə real təhdid yaratdığını bildirir.

AP News isə Respublikaçı Don Bekonun sözlərini tirajlayır:

“Ona bu danışıqları etibar etmək olmaz. Rusiyanın pullu agenti bundan artıq nə edə bilərdi? Uitkoff istefa verməlidir”.

Musavat.com

Chosen
62
musavat.com

1Sources