EN

Tramp: Uitkoff Ukraynanı Rusiyaya satacaq

“Stiven Uitkof sülh sazişini Ukraynaya, Ukraynanı da Rusiyaya satmalıdır”.

Teleqraf “The Wall Street Journal”a istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiven Uitkofun Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və Kremlin xüsusi nümayəndəsi Kiril Dmitriyev ilə telefon danışığının sızmasına belə reaksiya verib.

“Bu barədə eşitməmişəm, amma bu, adi bir şeydir. O, bunu Ukraynaya satmalıdır, Ukraynanı Rusiyaya satmalıdır. Danışıqlar aparanın işi budur”, - Ağ Evin rəhbəri qeyd edib.

ABŞ Prezidenti vurğulayıb ki, hər bir tərəf güzəştlərə getməli və nəyisə əldə etməlidir.

Chosen
51
1
teleqraf.com

2Sources