EN

UN-Habitat İcraiyyə Şurasının 3-cü sessiyası işini başa çatdırıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və ArxitekturaKomitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncüsessiyasının (WUF13) milli koordinatoru Anar Quliyevin başçılıqetdiyi nümayəndə heyətinin iştirakı ilə Keniya RespublikasınınNayrobi şəhərində keçirilən BMT-nin Məskunlaşma Proqramının(UN-Habitat) İcraiyyə Şurasının 3-cü sessiyası işini başaçatdırıb.

Komitədən Trend-ə verilən məlumata görə, iki gün davam edəntədbir çərçivəsində nümayəndə heyətləri və Keniyada akkreditəolunmuş diplomatik missiyaların rəhbər şəxsləri üçün brifinq təşkilolunub.

200-dən çox nümayəndənin təmsil olunduğu tədbirdə 2026-cı ilin17-22 may tarixlərində Bakıda keçiriləcək WUF13-ün mahiyyəti,hazırlıq prosesi, təşəbbüslər, planlaşdırılan tədbirlər vəfəaliyyətlər, eləcə də iştirak və əməkdaşlıq imkanları barədəətraflı məlumat verilib.

Brifinqdə çıxış edən Anar Quliyev “Hər kəs üçün yaşayış yerləri:təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusundakeçiriləcək WUF13-ün dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalqəməkdaşlığı gücləndirmək, Azərbaycanın beynəlxalq tərəfdaşlarlabirgə qlobal proseslərə töhfələrinin təqdim olunması baxımındanəhəmiyyətini vurğulayıb. O, Forum tarixində ilk dəfə olaraq dövlətvə hökumət başçılarının iştirakı ilə Liderlərin Zirvə Görüşününkeçiriləcəyini diqqətə çatdırıb.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoruAnaklaudia Rossbax Foruma hazırlıq prosesi ilə bağlı AzərbaycanHökumətinə təşəkkür edib, ölkəmizin qlobal şəhər gündəliyinəsadiqliyini və nümunəvi fəaliyyətini yüksək qiymətləndirib. Qeydedib ki, WUF13 bütün tərəfdaşların hər kəs üçün layiqli mənziltəmin etmək öhdəliklərini yeniləməsi üçün mühüm mərhələ olacaq.

Brifinqdən sonra mətbuat nümayəndələri ilə görüş keçirilib vəWUF13-lə bağlı onları maraqlandıran suallar cavablandırılıb.

Sessiyanın gündəliyi çərçivəsində BMT-nin Məskunlaşma ProqramıAssambleyasının “Hər Kəs üçün Münasib Mənzil” qətnaməsi üzrəHökumətlərarası İşçi Qrupun ötən ay 2025-2026-cı illər üzrəhəmsədrləri seçilən Azərbaycan və Somalinin adından Azərbaycannümayəndə heyətinin başçısı Anar Quliyevin məruzəsi dinlənilib.Məruzədə həmsədrlik dövrü ərzində bu prosesin irəli aparılmasıplanları barədə məlumat verilib.

Həmçinin WUF13-ün ev sahibi Azərbaycanın adından sessiyadaiştirak edən nümayəndə heyətləri və diplomatik korpusun rəhbərləriüçün rəsmi qəbul təşkil edilib. Sessiya ərzində Anar Quliyev digərölkələrdən iştirak edən nümayəndə heyətlərinin başçıları iləmüxtəlif müzakirələr də keçirib.

İki gün ərzində UN-Habitatın mənzil-qərargahında qurulanWUF13-ün tanıtım stendi ziyarətçilər tərəfindən maraqlaqarşılanıb.

Qeyd edək ki, tədbirlərdə Azərbaycanın Keniya və Konqoda(Brazzaville) fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Nayrobidədaimi nümayəndəsi Sultan Hacıyev, Azərbaycan RespublikasınınPrezident Administrasiyası, Xarici İşlər Nazirliyi və DövlətŞəhərsalma və Arxitektura Komitəsinin təmsilçiləri iştirakediblər.

UN-Habitat
UN-Habitat
UN-Habitat
UN-Habitat
UN-Habitat
UN-Habitat
UN-Habitat
UN-Habitat
UN-Habitat
UN-Habitat
UN-Habitat
Chosen
27
6
az.trend.az

8Sources